SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Füzuli və Cəbrayılda açıq ərazidə YANĞIN

Füzuli və Cəbrayılda açıq ərazidə YANĞIN

  • 08 yanvar 2026, 09:41
Füzuli

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, bununla bağlı nazirliyin "112" qaynar telefon xəttinə  məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları