SÜJET

Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi
Fövqəladə Hallar Nazirliyinin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin yubiley medalı təsis ediləcək

  • 01 may 2025, 11:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 illiyi (2005-2025) ilə əlaqədar yubiley medalı təsis ediləcək.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, xəbər verir ki, sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, "FHN-in 20 illiyi (2005-2025)" yubiley medalı ilə fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.