SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
FHN mühərrikin arasında qalan əli belə xilas etdi - VİDEO

FHN mühərrikin arasında qalan əli belə xilas etdi - VİDEO

  • 11 may 2025, 10:55
Abşeron

Abşeron rayonu, Məmmədli kəndində vətəndaşın avtomobil təmiri zamanı əli şüşəsilənin mühərrikində sıxılıb qalıb.

Yurd.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə vətəndaşın köməksiz vəziyyətdə qalması barədə daxil olan məlumatla bağlı hadisə yerinə dərhal qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.