SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şamaxıda fermanı icarəyə götürən şəxs DÖYÜLDÜ

Şamaxıda fermanı icarəyə götürən şəxs DÖYÜLDÜ

  • 11 may 2025, 23:11
Şamaxı

Mayın 11-də günorta saatlarında Ağsu rayon sakini, 1975-ci il təvəllüdlü Vasif Vahidov döyülüb.

Yurd.Media xəbər verir ki, onun Şamaxı rayonunda icarəyə götürdüyü fermada aralarında yaranmış mübahisə zəminində Ağsu rayon sakini, 68 yaşlı Əvəz Əliyev tərəfindən ağac parçası ilə döyüldüyü bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda istintaq araşdırmaları davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları