SÜJET
Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun qızı - 13 yaşlı Səlbi Cəfərli bu gün dünyasını dəyişib.
Yurd.Media xəbər verir ki, Səlbi Cəfərli uzun müddət kəskin böyrək çatışmazlığından əziyyət çəkib. Müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.