SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
FHN bütün gün sucəkmə ilə məşğul olub - VİDEO

FHN bütün gün sucəkmə ilə məşğul olub - VİDEO

  • 07 aprel 2026, 22:53
Bakı

Bakıya ötən günlər yağan yağışların fəsadları bugün də bütün gün ərzində aradan qaldırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, qurumun qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı, Binəqədi, Qaradağ və Səbail rayonlarında, Abşeron, Siyəzən, Şabran, Xaçmaz rayonları və Bakı-Sumqayıt yolunda müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

FHN bütün gün sucəkmə ilə məşğul olub - VİDEO
Skat.az - Ev və Avtomobil elanları