SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
DTX Qaxda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı - YENİLƏNİB

DTX Qaxda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı - YENİLƏNİB

  • 20 iyun 2025, 16:55
Qax

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Yurd.Media xəbər verir ki, icra başçısı Musa Şəkiliyevlə birlikdə müavinləri Elbrus Tağıyev və Vəfa Heydərova da saxlanılıb. Onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada şübhəli bilinirlər.

***16:15

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

Hazırda onlar Bakıya gətirilir.

***15:01

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Yurd.Media News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Eyni zamanda bildirilir ki, icra başçısının iki müavini də onunla birlikdə saxlanılıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.

Prime Leasing