SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Daşkəsəndə qəza:  Vətən Müharibəsi qazisi və qardaşı yaralanıb

Daşkəsəndə qəza: Vətən Müharibəsi qazisi və qardaşı yaralanıb

  • 13 iyul 2025, 10:43
Daşkəsən

Daşkəsən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, rayonun Zağalı kənd sakini 1996-cı il təvəllüdlü Elvin Məmmədov idarəetdiyi avtomobili digər maşına çırpıb.

Nəticədə adıçəkilən sürücü və onun qardaşı Vətən Müharibəsi qazisi 1998-ci il təvəllüdlü Eşqin Məmmədov müxtəlif dərəcəli bədən xasarətləri alıb.

Yaralılar Gəncə şəhərində yerləşən tibb müəssisələrinin birinə yerləşdirilib. Onların vəziyyətləri kafidir.

Məlumat üçün bildirək ki, qəza E.Məmmədovun Gəncədən evinə gedərkən Daşkəsən rayonu ərazisində qeydə alınıb.

Prime Leasing