SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Daşkəsəndə itkin düşən şəxsin meşəlik ərazisində meyti tapılıb

Daşkəsəndə itkin düşən şəxsin meşəlik ərazisində meyti tapılıb

  • 06 aprel 2026, 11:04
Daşkəsan

Daşkəsəndə itkin düşən şəxsin dərədən meyti tapılıb. 

Yurd.Media xəbər verir ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1952-ci il təvəllüdlü Əli Məhərrəm oğlu Kərimov aprelin 4-də evdən çıxıb və sonra ondan xəbər alınmayıb.

Məsələ ilə bağlı yaxınlarının Daşkəsən rayon Polis Şöbəsinə etdiyi müraciəti əsasında axtarış tədbirləri aparılıb və onun meyti meşəlik ərazisində olan dərədən tapılıb. 

Üzərində zorakılıq əlamətləri olmayan meyit aidiyyəti üzrə təhvil verilib.

İlkin olaraq onun infarkt keçirərək vəfat etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları