Cəlilabad rayonunun Mikayıllı kəndində iki həyətyanı sahədə yanğın hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə zamanı kənd sakinlərinə məxsus təsərrüfat sahələrində quru ot, 1000-dən çox ot bağlaması və iki tövlə yanaraq yararsız vəziyyətə düşüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Kənd sakinlərinin sözlərinə görə, yanğının transformatorun yaxınlığından quru ot sahəsinə qığılcım düşməsi nəticəsində başladığı ehtimal edilir. Güclü külək isə alovun qısa müddətdə ətrafa yayılmasına səbəb olub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının dəqiq səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.