SÜJET
"Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarətində olan çimərliklərdə mövsüm başlayandan indiyə qədər suda boğulma nəticəsində ölüm faktı qeydə alınmayıb".
Yurd.Media xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən nəzarət olunan çimərliklərdə mövsüm başladığı gündən indiyədək suda boğulma təhlükəsi ilə üzləşmiş 46 vətəndaş xilas olunub.