SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şəkidə ağır QƏZA: Ölən və xəsarət alanlar var

Şəkidə ağır QƏZA: Ölən və xəsarət alanlar var

  • 28 iyul 2025, 21:16
Şəki

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları