Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilib.
Yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülüb.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər görüblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.
Yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.