SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Balakəndə tütün istehsalçısı “İİB AQRO” CƏRİMƏLƏNDİ

Balakəndə tütün istehsalçısı “İİB AQRO” CƏRİMƏLƏNDİ

  • 09 fevral 2026, 12:38
Balakən

Azərbaycanda tütün istehsalçısı olan “İİB AQRO” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasında ittiham edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, ümumi dəyəri 10 200 ABŞ dolları olan “orta damarcığı çıxarılmış odda qurudulan tütün” yükü müqabilində qaytarılmalı olan vəsaitin yarısının MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilib.

Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə protokol yazılıb.

Şəki Rayon Məhkəməsinin qərarı ilə şirkət 5200 ABŞ dolları məbləğinin 30 faizi miqdarında, yəni 1560 manat məbləğində inzibati cərimə edilib. Qərardan narazı qalan “İİB AQRO” rəhbərliyi apellyasiya şikayəti versə də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları