SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakıda yaşayış evi çökdü, 30 yaşlı qadın dağıntılar altında qaldı - VİDEO

Bakıda yaşayış evi çökdü, 30 yaşlı qadın dağıntılar altında qaldı - VİDEO

  • 07 aprel 2026, 09:47
Bakı

Bakıda Bakıxanov qəsəbəsində yaşayış evinin çökməsi nəticəsində 30 yaşlı qadın dağıntılar altında qaldı.

Yurd.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bakıda yaşayış evi çökdü, 30 yaşlı qadın dağıntılar altında qaldı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları