SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakıda yanğın - ev və ağaclar alışdı

Bakıda yanğın - ev və ağaclar alışdı

  • 25 may 2025, 21:24
Bakı

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98kv.m. olan mənzilin eyvanı 15 kv.m. sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40kv.m. olan mənzilin artırması 30kv.m. sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

Prime Leasing