Bakıda tunelin divarlarından qopan daş parçaları "Kia Rio" avtomobilinin üzərinə tökülüb və onu zədələyib.
Yurd.Media xəbər verir ki, hadisə Sumqayıt istiqamətində Moskva prospektindəki tuneldə baş verib.
Hadisə şahidi həmin anın görüntülərini paylaşaraq bildirib ki, tuneldə sıxlıq olub.
Sürücülər deyir ki, yaranan vəziyyət onların həyatı üçün təhlükə yaradır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, tunelə baxış keçirilib, hər hansı problem aşkarlanmayıb. Baş verən hadisə ilə bağlı isə araşdırma aparılır.