SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Gəncədə kişi arvadına balta ilə xəsarətlər yetirib

Gəncədə kişi arvadına balta ilə xəsarətlər yetirib

  • 21 aprel 2026, 12:17
Gəncə

Gəncədə ailə münaqişəsi zəminində qadına balta ilə xəsarət yetirilib. 

Yurd.Media xəbər verir ki, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü S.Cəfərova ailə münaqişəsi zəminində balta ilə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 

Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır. 

TƏBİB-dən verilən məlumata görə, 21.04.2026-cı il tarixində saat 02:20 radələrində 1 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Belə ki, 1985-ci il təvəllüdlü şəxsə baş, boyun və çiyin nahiyyələrinin kəsilmiş yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 45 yaşlı Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları