Bakı-Quba yolunda yük maşını betona ÇIRPILDI

Bakı-Quba yolunda yük maşını betona ÇIRPILDI

Xızı

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda qəza olub.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə Xızı rayonu ərazisində baş verib.

Qəza zamanı 99-YE-159 qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb.

Daha sonra isə, radarı aşırıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, lakin nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qısa müddətdə Bakı-Quba yolu bağlansa da, hazırda nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.