SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Azəriqaz”la abunəçi arasında mübahisə Ali Məhkəməyə qədər gedib çıxdı

“Azəriqaz”la abunəçi arasında mübahisə Ali Məhkəməyə qədər gedib çıxdı

  • 24 noyabr 2025, 11:53
Göyçay

“Azəriqaz” İstehdsalat Birliyi ilə Göyçayda sahibkar arasında borc üstündə mübahisə Ali Məhkəməyə qədər gedib çıxıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Birlik borclu şəxsə qarşı 3 965 manat borc yaranması ilə bağlı protokol tərtib edib.

Borclu “Azəriqaz”ın yazdığı bu borcla razı olmayıb və Göyçay Rayon Məhkəməsinə müraciət edib, pulun hesabından silinməsi tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib.

Göyçay Rayon Məhkəməsi  bu şikayətə baxılmasının mümkünüz olduğu nəticəsinə gəlib. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və cavabdehin hüquqi şəxs olduğundan işin aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılıb.

İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent ev sayğacından özünə məxsus meyvə qurutma sexinə qaz xətti çəkib, sayğacın maksimum qaz ötürmə gücündən artıq qaz sərf edib. Belə ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi meyvə qurutma sexində istiliyin təmin edilməsi üçün ev sayğacından keçən qaz xəttinə qoşulmaqla, ona məxsus qurutma sexində qazdan istifadə edib.

Nəticədə “Azəriqaz” tərəfindən iddiaçının təbii qazdan qeyri-qanuni istifadəsi ilə bağlı akt tərtib edilib və akt əsasında hesabat aparılıb.

Göyçay Rayon Məhkəməsinin göndərdiyi materiala bu günlərdə Şəki Kommersiya Məhkəməsində baxılıb. Hakim Mübariz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə yekun qərar qəbul edilməyib. Hakim belə nəticəyə gəlib ki, iddiaçının fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına əsasən yazılmış cərimə borcunun silinməsi olduğundan, həmin şəxs sahibkar statusuna malik olsa belə, mübahisə tərəflər arasında yaranmış sahibkarlıq fəaliyyəti üzrə münasibətlərdən irəli gəlmədiyindən, işə hüquq münasibətlərinin xarakterinə görə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır.

Buna görə də bu məsələyə aydınlıq gətirilməsi üçün Ali Məhkəmənin Kommersiya Kollegiyasına göndərilib. Daha yuxarı instansiya məhkəməsindən adiyyat məsələsinin həll edilməsi istənilib. Yaxın günlərdə Ali Məhkəmə bu işə baxacaq.

Prime Leasing
SPE Annual Caspian