SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanda daha bir kütləvi zəhərlənmə: 11 nəfər xəstəxanalıq olub

Azərbaycanda daha bir kütləvi zəhərlənmə: 11 nəfər xəstəxanalıq olub

  • 16 iyul 2026, 11:22
Şəmkir

Azərbaycanda daha bir kütləvi zəhərlənmə, 11 nəfər xəstəxanalıq olub

Yurd.Media xəbər verir ki, hadisə Şəmkir rayon Keçili kəndində qeydə alınıb. 

İlkin məlumata görə, həmin kənd ərazisində fəaliyyət göstərən restoranların birində salat yeyən 11 nəfər zəhərlənib. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. 

TƏBİB-dən bildirilib ki, zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. 

Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, bu hadisə son günlər bölgədə başvermiş 4-cü kütləvi zəhərlənmə hadisəsidir. Bundan öncə 2 dəfə Gəncə şəhərində 1 dəfə isə Samux rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları