SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ayaqqabının içində qızıl keçirmək istədi, gömrükçülər qarşısını aldı - FOTO

Ayaqqabının içində qızıl keçirmək istədi, gömrükçülər qarşısını aldı - FOTO

  • 04 sentyabr 2025, 09:43

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə Yurd.Media-ya DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing