SÜJET
"Bizdə bitki yağları idi, qonşu mağazalarda kompüter, dəmir məhsulları və sair. Mağazadan heç nə çıxara bilmədik".
Yurd.Media-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki anbarda yanğından zərər çəkmiş sahibkar Elis Abbasova bildirib.
Sahibkar deyib ki, yanğına qonşu mağazalardan birindəki qısaqapanma səbəb olub.
"Günorta saat 1-də, 2-də gəlirik işə və 6, 7-ədək dək proses davam edir. İçəridən heç nə çıxara bilmədik. Mənim bütün həyatım orada qalıb, dayanıb".