Ağstafada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.
Yurd.Media-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonundan keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əraziyə Təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

