SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Toydan qayıdarkən maşın alışıb, sürücü yanaraq ölüb

Toydan qayıdarkən maşın alışıb, sürücü yanaraq ölüb

  • 08 oktyabr 2025, 09:27
Salyan

Ağcabədidən toydan qayıdan şəxsin maşını alışıb, sürücü yanaraq ölüb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Əzizov Emil Asəf oğlu saat 04:00 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzaya uğrayıb.

Məlumata görə Ağcabədidən toydan qayıdan E. Əzizovun avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb, sonra isə alışaraq yanıb.

Nəticədə sürücü avtomobildə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing