Uçan avtomobilin sərnişini: Birdən-birə özümü havada hiss etdim

"Uçan" avtomobilin sərnişini: "Birdən-birə özümü havada hiss etdim"

Bakı

Ötən gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Hadisənin baş verməsinin təfərrüatları məlum olub.

Yurd.Media ARB TV-yə istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb.

Məlumata əsasən, Sevda Həşimova proqram vasitəsilə taksi sifariş edib. Anar Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb.

Qəza zamanı xəsarət alan sərnişin Sevda Həşimova hadisə ilə bağlı bildirib:

"Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və qəfil ayağını qaza basdı. Hələ çox getməmişdik ki, birdən-birə özümü havada hiss etdim".