Bolt taksi Heydər Əliyev prospektində qəza törətdi - FOTO/VİDEO

"Bolt" taksi Heydər Əliyev prospektində qəza törətdi - FOTO/VİDEO

Bakı

Bakıda "Bolt" taksinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində qeydə alınıb.

Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.