SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Xəzər dənizində suyun səviyyəsi azalır: Əsas səbəblər

Xəzər dənizində suyun səviyyəsi azalır: Əsas səbəblər

Son bir neçə ildə Xəzər dənizində suyun səviyyəsinin azalması müşahidə olunur. 

Yurd.Media xəbər verir ki, mütəxəssislər bu prosesi son hazırda son 20 ilin ən isti hava şəraitinin müşayiət olunması ilə əlaqələndirirlər. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov ATV-ya bildirib ki, dəniz səviyyəsindəki enmənin arxasında bir neçə amil dayanır.O qeyd edib ki, bu, təbii dövrlərin nəticəsi olsa da, antropogen təsirlər, xüsusilə də iqlim dəyişiklikləri və çay axınlarının azalması kimi faktorlar da mühüm rol oynayır. Mütəxəssisin sözlərinə görə, Xəzərin səviyyə dəyişiklikləri tarixən baş verib və bu, yeni hal deyil. Son 2000 il ərzində dəniz səviyyəsi 12 metrə qədər dəyişib, son 300 ildə isə bu dəyişiklik 5 metr təşkil edib.

R. Mahmudov əsas səbəb kimi Xəzərin subalans elementlərindəki dəyişiklikləri göstərir. Quraqlığın artması, yağıntıların azalması və Xəzərə tökülən çayların, xüsusilə də Volqa çayının axınının zəifləməsi su səviyyəsinin azalmasına gətirib çıxarır. Azərbaycanın ərazisindən axan Kür, Lənkəran və digər çaylarda da eyni hal müşahidə olunur.

Rza Mahmudov bildirir ki, Volqa çayının suyunu artırmaq üçün müxtəlif layihələr həyata keçirilsə də, hələlik ciddi nəticə əldə olunmayıb. O, həmçinin Xəzər dənizinin suyunun tamamilə çəkilməsi və ya kəskin şəkildə azalması ilə bağlı bəzi proqnozların elmi əsasının olmadığını vurğulayıb.

Prime Leasing