Ucarın bir sıra kəndlərində sular kəsilib, arxlar quruyub.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, Qazıqumlaq, Məlikballı, Ramal, Şahlıq, Əlikənd, Qaradağlı, Çiyni və Alpout kəndləri susuz qalıb.
Rayonun ən böyük kəndlərində olan Qazıqumlaqda 11 gündür ki, arxlara gələn olan su anidən kəsilib. Bu da kənd sakinlərini çətinə salıb.
Onlar maşınlarla su almaq məcburiyyətində qalıblar.
Məsələ ilə bağlı Ucar Su Meliorasiya Sistemlərinin istismarı idarəsindən bildirilib ki, sözügedən kəndlərə verilən suyun mənbəyi Ağdaş rayonundan keçən Türyançayıdır. Çaydan Ucar istiqamətinə su ayrılan ərazidə dəmir-beton bərkitmə işləri aparıldığından kəndlərə suyun verilməsi müvəqqəti olaraq dayandırılıb. Artıq bərkitmə işləri yekunlaşmaq üzrədir. Suyun verilməsi bərpa olunacaq.
Ətraflı süjetdə: