SÜJET
Qax və Zaqatalada fermerlər qeyri-sabit hava şəraiti, o cümlədən əkin sahələrinin subasmaya məruz qalması səbəbindən ziyana düşdüklərini bildirirlər.
Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, fermerlərdən kimisi məhsulunu necə sığorta etdirəcəyindən xəbərsizdir, kimisi isə bu proses haqqında məlumatlı olsa da, tam yararlana bilmir.
Qax rayonu Əmircan kəndinin sakini İrfan Süleymanov deyir ki, 38 hektar ərazidə əkin aparsa da, sığorta hadisəsi zamanı onun cəmi 8 hektarı üzrə ödəniş verilib. Aqrar Sığorta Fondundan isə deyilənlə razılaşmırlar.
Qurumun İdarə Heyətinin sədri Fuad Sadıqov bölgələrdə əkin sahələrinin sığortalanmasının vacibliyi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdiyini bildirir.
"Fermerlər bəzən şifahi razılaşma əsasında kimlərdənsə icarəyə torpaq götürürlər. Sığorta hadisəsinin tənzimlənməsi zamanı isə müəyyən edilir ki, torpaq rəhmətə gedən şəxsin vərəsəsi tərəfindən icarəyə verilib. Ona görə də ziyanla bağlı ödənişinin edilməsində problem yaranır", - deyə o əlavə edib.
Ətraflı süjetdə: