SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

  • 11 yanvar 2026, 16:17

Milli Hidrometeorologiyada Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.

Milli Hidrometeorologiyada Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 11-16° isti olacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları