SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Babək rayonu ağ örpəyə bürünüb - FOTO

Babək rayonu ağ örpəyə bürünüb - FOTO

Babək

Babək rayonunun bəzi ərazilərinə qar yağıb.

Yurd.Media xəbər verir ki, rayonun Yuxarı Buzqov, Aşağı Buzqov, Nəhəcir, Gərməçataq və Göynük kəndlərinə yağan qarın qalınlığı 15 santimetrə çatıb.

Hava temperaturu bəzi ərazilərdə +1 dərəcə, bəzi yerlərdə isə -1 dərəcə və daha aşağı həddə enib.

Yağıntı ötən gün axşam saatlarından etibarən davam etsə də, hər hansısa bir problemə səbəb olmayıb.

Yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilməsində fasilə qeydə alınmayıb, infrastrukturun fəaliyyəti normal rejimdə davam edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları