Lənkərana dolu yağıb.
Yurd.Media xəbər verir ki, səhər saatlarından başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb.
Dolu əsasən rayonun Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndlərinə və Liman şəhərinə düşüb. Sonra əraziyə intensiv yağış yağıb.
Rayon ərazisində bəzi ağaclar aşıb.
Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.