SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qaxda gecə və gündüz qarla mübarizə - FOTO

Qaxda gecə və gündüz qarla mübarizə - FOTO

Qax

Qaxda qarla mübarizə tədbirləri davam etdirilir.

Yurd.Media xəbər verir ki, bölgədə gecə saatlarından başlayaraq yağan qarın təmizlənməsi üçün Qax Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 13 №-li Yol İstismarı MMC tərəfindən rayonun respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunda, eləcə də yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsində qar kütləsinin yığılıb qalmaması və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.

Həmçinin Qax Kommunal Müəssisələri Kombinatının əməkdaşları və texnikaları tərəfindən küçə və yollar, piyada səkiləri qardan təmizlənir, nəqliyyatın hərəkəti təmin edilir.

Təmizləmə işləri və buzlaşmaya qarşı tədbirlər şəhərin ayrı-ayrı hissələrində gün ərzində operativ şəkildə davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları