SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Sabaha küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Sabaha küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

  • 25 yanvar 2026, 17:29

Milli Hidrometeorologiya Xidməti yanvarın 26-sı gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə Yurd.Media-ya xidmətdən bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları