SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

  • 03 iyul 2025, 13:35

"Ölkə ərazisində müşahidə olunun qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir".

Yurd.Media xəbər verir ki, Bu barədə oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir:

"Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında da küləkli hava şəraitinin iyulun 6-si axşamadək davam edəcəyi gözlənilir".

Prime Leasing