Ordubadın kəndlərində güclü yağış fəsadlar törədib

Ordubadın kəndlərində güclü yağış fəsadlar törədib

  • 04 may 2025, 19:25
Ordubad

Ordubadın kəndlərində leysan fəsadlar törədib

Yurd.Media xəbər verir ki, güclü yağış nəticəsində Ordubad rayonunun Üstüpü, Çənnəb, Parağa və Biləv kəndlərini birləşdirən avtomobil yollarında hərəkət məhdudlaşıb.

Hazırda ərazilərdə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin texnikası və canlı qüvvələri cəlb olunub, təmizləmə və bərpa işləri davam etdirilir.

Yollarda yaranan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.