Güclü yağış Kürdəmirdə fəsadlara yol açıb. Şəhərin əsasən Bakı prospekti, Məhəmmədhüseyn Şəhriyar, Əfqan Abdullayev və Məhəmməd Hadi küçələri keçilməz olub.
Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, sakinlər uzun müddətdir davam edən kanalizasiya problemi ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, məsələyə baxan olmayıb.
“Şəkər xəstəsiyəm, 73 yaşım var. Həkimə getmək istəyirəm, amma evdən çıxa bilmirəm, ölməliyəm?! 40 ildir bu vəziyyətdə yaşayırıq. Heç kim problemi həll etmir”, - sakinlərdən biri söyləyib.
Kürdəmir Kommunal Müəssisələr Kombinatının rəisi Rövşən Rzayev bildirib ki, rayonun bütün texnikaları problemin aradan qaldırılması üçün cəlb olunub: “Yağışlı hava davam etməsə, günün sonunadək suların çəkilməsi həll olunacaq”.
Ətraflı süjetdə: