SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt
İyunda hava şəraiti qeyri-sabit keçə bilər

İyunda hava şəraiti qeyri-sabit keçə bilər

  • 26 may 2025, 13:44

“İyun stabil aylar sırasında olduğuna görə qeyri-sabit hava şəraiti nisbətən səngiyəcək. Ancaq yenə də gələn ay havanın 10-15 faiz ehtimalla qeyri-sabit keçməsi gözləniləndir”.

Yurd.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

“İyunda sel, daşqın hallarının baş verməsi ehtimalı var. Orta statistik rəqəmlərə əsaslanaraq deyə bilərəm ki, sel-daşqın ehtimalı dağlıq və dağətəyi rayonların payına düşür. Müvəqətti yağıntılar intensiv olarsa, çaylarda sululuğun artmasına gətirib çıxaracaq”,- o bildirib.