SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Hava ilə bağlı XƏBƏRDARLIQ - dolu, sulu qar

Hava ilə bağlı XƏBƏRDARLIQ - dolu, sulu qar

  • 04 iyun 2025, 17:17

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Yurd.media xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Prime Leasing