SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Bəzi çaylarda suyun səviyyəsi artdı

Bəzi çaylarda suyun səviyyəsi artdı

  • 25 iyun 2025, 09:33

Avtomat hidroloji stansiyaların iyunun 25-i saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25 sm, Həkəriçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda isə 7 sm artım qeydə alınıb.

Yurd.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 sm artıb, su sərfi 214 m3/san olmaqla normanın 129%-ni təşkil edir.

Prime Leasing