Bakıda köhnə batareyalar və digər təhlükəli tullantılar üçün saxlanc yerləri hazırlancaq.
Yurd.Media-ya "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, təhlükəli tullantıların idarə olunması Milli Mərkəzinin Pirəküşkül massivi ərazisində təhlükəli tullantılar üçün yeni hücrə tikilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Tullantıları İdarəetmə Mərkəzindən qeyd edilib ki, ərazidə yerləşən poliqonda həcmi 75000m3 hücrənin tikintisi nəzərdə tutulub.
Tikinti işlərinin icrası ilə bağlı “Bakimexanizasiyanəqliyyat” şirkəti ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 439 min manatdır.
Qeyd edək ki, hücrələrin torpaqla və ətraf mühitlə heç bir təmas etməməsi məqsədilə onlar geomembran (polimer) və geotekstil materiallar ilə tam izolyasiya edilir. İstifadə olunmuş batareyalar həmin hücrələrə doldurularaq texnika vasitəsilə üzəri torpaqla örtülür və sıxılır.