SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Sabah bu ərazilərdə yağış olacaq - PROQNOZ

Sabah bu ərazilərdə yağış olacaq - PROQNOZ

  • 30 mart 2026, 13:26

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları