SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Rayonlara yağış yağdı, Qazaxa dolu düşdü

Rayonlara yağış yağdı, Qazaxa dolu düşdü

  • 21 iyun 2026, 11:21

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.

Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 7, Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Şahdağ, Gədəbəy, Göygöl, Gəncə, Samux, Naftalan, Şəmkir, Ağstafa, Balakən, Zaqatala, Şəki, Oğuz, Neftçalada 1 mm-dək qeydə alınıb.

İyunun 20-si saat 22:06 radələrində Qazax rayonunun bəzi kəndlərinə iri dənəli dolu düşüb.

Bakıda və Abşeron yarımadsında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 28 m/s-dək güclənir.

Xınalıq, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35-39, Culfada 40 dərəcəyədək, Aran rayonlarıda 38, dağlıq rayonlarda 29 dərəcəyədək isti müşahidə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları