Azərbaycanda sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur.
Yurd.Media xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, son günlər ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın sürüşmə ərazilərində aparılan müşahidə və monitorinqlər zamanı sürüşmə proseslərinin dinamikasında hər hansı bir dəyişiklik qeydə alınmayıb:
"Mövcud sürüşmə sahələrində ciddi aktivləşmə və yeni sürüşmə zonaları müşahidə edilməyib".
Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev