SÜJET
Hövsanda su kanalında antisanitariya hökm sürür.
Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən “Hövsan bağları” adlanan ərazidə insanlar antisanitariyadan narazıdırlar.
Yurd.Media xəbər verir ki, Samur-Abşeron kanalının bəzi hissələri təmizlənmir, antisanitariya hökm sürür. Nəticədə isə kanal daşır, evlərin ətrafını su basır.
"Xəzər TV"yə şikayət edən sakinlər bildirirlər ki, təmizlik yoxdur. Yağış yağanda kanal daşır. Hər hansı bir tədbir də görülmür ki, vətəndaşın evinə su dolmasın.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, müvafiq su-kanal idarəsinin əməkdaşları ərazidə olublar, vəziyyətin səbəblərinə aydınlıq gətirilir.