SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Mərkəzi Bank 100 min manata yaxın borcu olan “S-Construction”ı CƏRİMƏLƏDİ

Mərkəzi Bank 100 min manata yaxın borcu olan “S-Construction”ı CƏRİMƏLƏDİ

  • 28 avqust 2026, 09:38

“S-Construction” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 13 950 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürüb. 

2 il müddət keçsə də, həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib, həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Mərkəzi Bank tərəfindən “S-Construction" barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13950 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 2790 ABŞ dolları, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə hesablanmaqla 4743 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, binalar, evlər üçün havalandırma, isitmə və soyutma sistemlərinin layihəndirilməsi, quraşdırılması və servis xidməti, həmçinin boru izolyasiyası və qablama işlərini həyata keçirən “S-Construction” 2020-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin hazırda 90 min manat vergi borcu yığılıb. MMC-nin direktoru Sənan Osmanovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları