SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Maşın kreditləri bahalaşıb

Maşın kreditləri bahalaşıb

  • 30 aprel 2025, 12:03
Bakı

Bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib.

Yurd.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2024-cü ilin sonundakı göstəricidən 2 faiz bəndi yüksəkdir.

Yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi dəyişməyərək 25 % qalıb, yaşayış sahələrinin təmiri üçün verilən kreditlərin orta faizi isə 16 % (dəyişməyib) təşkil edib.

I rübdə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin sonundakı göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 25 %-ə düşüb.

Prime Leasing