SÜJET
Azərbaycanda qadın sahibarlığın inkişafı hər zaman aktual mövzu olub və bu istiqamətdə dövlət tərəfindən də bir çox addımlar atılıb. Bu gün Azərbaycanda uğur qazanmış xeyli sayda sahibkar qadınlarımız var. Bunlardan biri də Lətifə Əhmədovadır.
Yurd.Media xəbər verir ki, L. Əhmədova sıfırdan iş dünyasına qədəm qoyaraq uğurlu naliyyətlər əldə edib və bir sıra ilklərə imza atıb.
Bakı Ekspo Mərkəzində baş tutan sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") təmsil olunan L. Əhmədova bizimlə fikirlərini bölüşərək bildirib ki, 30 ildir sahibkarlıq fəaliyyəti ilə məşğuldur, bu illər ərzində bir sıra sektorlarda, o cümlədən qida, tekistil sahələrində fəaliyyət göstərib.
O, 2018-ci ildən yeni istehsal sahəsi yaratmağa qərar verib:
“2018-ci ildə yeni bir istehsal sahəsi açmaq fikrinə düşdüm. Bu istehsal istixanaların üzərini örtmək üçün üzlükləri bərkitmək funksiyası daşıyan “klipsi” adlanan məhsullarla bağlıdır. Bu məhsulların istehsalına Azərbaycanda ilk dəfə idi ki, başlanılırdı. İstehsala başlayandan uğurlu nəticələr əldə etmişəm. Hazırda istehsal etdiyim məhsulları həm ixrac edirəm, həm də Azərbaycanda realizə edirəm və ölkəmizdə olan istixana sahibləri ilə əməkdaşlıq qurmuşam. Hazırda işlərimizi inkişaf etdirmək istiqamtində çalışırıq”.
Lətifə Əhmədova Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir sıra mükafatlara, o cümlədən Prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalına layiq görülüb.