Bu il yanvarın 1-nə Azərbaycanda 142 814 ədəd “Hyundai”, 97 753 ədəd KİA markalı minik avtomobili olub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, “Hyundai”ların sayı KİA-ların sayını 46,1% üstələyib.
Bununla belə, otən il yanvarın 1-nə nisbətən “Hyundai”ların sayında 13,3%, KİA-ların sayında isə 16% artım olub.